13 C
Baku
Saturday, November 23, 2024

Hindistan sanksiyalara görə Rusiya neftinin alışını ödəməkdə problemlərlə üzləşib

Hindistanın dövlət neft emalı zavodu “Hindustan Petroleum Corp” Ukraynadakı müharibədən sonra Qərb ölkələrinin tətbiq etdiyi qiymət qadağaları səbəbindən Rusiya xam neftinin alışını ödəməkdə problemlərlə üzləşib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, “Böyük Yeddilik” (G7) və Avropa İttifaqının dekabrın 5-də tətbiq etdiyi sanksiyalar, yükün qiymətinin barel üçün 60 dollardan aşağı olduğu hallar istisna olmaqla, blokun üzvlərinə Rusiya neftinin ixracı üçün bank, daşıma və sığorta xidmətləri göstərməyi məhdudlaşdırır.

Oxşar məhdudiyyətlər fevralın 5-dən Rusiya neft məhsullarının ixracına da tətbiq edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər