14 C
Baku
Friday, November 22, 2024

Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan pay alıb

Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0.615% payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0.737% payın alınması haqqında yekun saziş imzalayıb.

Bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında bildirilir.

Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər