“Global Data” tədqiqat şirkətinin məlumatına görə, yanvar-may ayları daxil olmaqla, Hindistanda startaplar üçün ümumilikdə 3.9 milyard dollarlıq 483 vençur maliyyələşdirmə sövdələşməsi başa çatıb.
Şirkətin Aurojoti Bozeyə görə, bu, müəssisə kapitalının maliyyələşdirilməsindəki ikirəqəmli artım Hindistanın startap ekosisteminin investorları getdikcə daha çox cəlb etdiyini göstərir. Maraqlıdır ki, Asiya-Sakit Okean regionunun iki ən böyük bazarı – Çin və Hindistan 2024-cü ilin əvvəlindən vençur maliyyələşdirməsində əhəmiyyətli artım nümayiş etdirib.
“Global Data”nın hesablamalarına görə, bu il Hindistan qlobal vençur maliyyələşdirmə bazarına mühüm töhfə verib – Hindistanın dünya üzrə əməliyyatların ümumi sayında payı 7%, cəlb edilmiş investisiyaların qlobal həcmində isə 3.7% təşkil edib. Hindistanda ən böyük vençur sövdələşmələr “Meesho” (300 milyon dollar) və “PharmEasy” (216 milyon dollar) ilə olub.