8 C
Baku
Monday, November 18, 2024

Hindistan texnologiya və çip istehsalına $30 mlrd. sərmayə qoyur

Hindistan hökuməti texnologiya sektorunun inkişafına və çip tədarük zəncirlərinin qurulmasına 30 milyard dollar sərmayə qoymağı planlaşdırır, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ölkənin Tayvandakı səfirliyi kimi fəaliyyət göstərən Hindistan-Taybey Assosiasiyasının rəhbərinin sözlərinə görə, Hindistan yarımkeçiricilər, displeylər, qabaqcıl kimyəvi maddələr, şəbəkə və telekommunikasiya avadanlığı, batareyalar və elektronika istehsalını inkişaf etdirməyə hazırlaşır.

Mənbədə göstərildiyi kimi, 10 milyard dollar yarımkeçirici, 7 milyard dollar elektronika, qalan 13 milyard dollar isə telekommunikasiya, akkumulyator və s. istehsalına xərclənəcək.

Çip tədarükü ilə bağlı böhran zamanı bir çox ölkə bu sahəyə investisiya qoymağa başlayıb. 2020-ci ildə ABŞ çiplərin inkişafı və istehsalını genişləndirmək üçün qanun qəbul edib. Çiplərin tədarükü ilə bağlı böhran zamanı bir çox ölkələr çip istehsalına aktiv şəkildə investisiya qoymağa başladılar. 2020-ci ildə ABŞ çiplərin inkişafı və istehsalını ölkə daxilində genişləndirmək üçün qanun qəbul etdi. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Aİ-nin mikroçiplərin inkişafı və istehsalı üçün özünün müasir ekosistemini yaratmaq və Avropa istehsalçılarının bu bazarda payını 20%-ə çatdırmaq planlarını dəfələrlə açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər