Ukrayna sentyabrda Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyib.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna G20 sammitinə dəvət olunanlar siyahısında yoxdur. Tədbir sentyabrın 9-dan 10-dək Yeni Dehlidə baş tutacaq. G20 ölkələrinin liderləri ilə yanaşı, daha doqquz ölkənin – Banqladeş, Misir, Mavrikiy, Hollandiya, Nigeriya, Oman, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəvət olunub.
“Zirvə görüşünə hələ vaxt var. Hansı G20-yə üzv ölkələrin, eləcə də hansı ölkələrin dəvət olunduğunu açıqladıq. Ukraynanın onların arasında olduğunu düşünmürəm”, – Bağçi qeyd edib.