“Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər”.
Banker.az xəbər verir ki, bu barədə “Business Standard”qəzeti etibarlı mənbələrə istinadən yazır.
Nəşrin verdiyi məlumata görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal olunur.
Bu yaxınlarda Hindistanın neft və qaz naziri Hardeep Singh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır.
Bundan əlavə məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər.