Hindistan Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşməsi və qeyri-müəyyənlik səbəbindən vətəndaşlarını müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırıb.
Bu barədə Hindistanın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Ukraynadakı vəziyyətlə bağlı davam edən yüksək gərginliyi və qeyri-müəyyənliyi nəzərə alaraq, qalmaları zəruri hesab edilməyən bütün Hindistan vətəndaşlarına və bütün hind tələbələrinə Ukraynanı müvəqqəti tərk etmələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya və Fransa da daxil olmaqla bir sıra ölkələr öz vətəndaşlarına Ukraynanı dərhal tərk etməyi tövsiyə ediblər.