19 C
Baku
Thursday, May 2, 2024

Hindistan Venesueladan neft idxalını bərpa edib

Hindistanın neft emalı zavodları Venesueladan neft tədarükünü vasitəçilər üzərindən bərpa edib.

Hindistanın üç neft emalı zavodu fevral ayında bareli “Brent” markalı neftdən 7.5-8 dollar ucuz qiymətə Venesueladan 4 milyon barel neft alıb.

Hindistanın ən böyük özəl enerji kompaniyası olan “Reliance Industries” Karakasa qarşı ABŞ sanksiyalarının yumşaldılmasından sonra birbaşa neft ticarətini müzakirə etmək üçün gələn həftə Venesuelanın PDVSA kompaniyası ilə görüşməyi planlaşdırır.

Hindistan sonuncu dəfə Venesueladan neft idxalını 2020-ci ildə həyata keçirib. Rusiya neftinin əsas alıcısına çevrilən Hindistan Venesuela neftinin tədarükü ilə idxal xərclərini məhdudlaşdıra və Yaxın Şərqdən asılılığını azalda bilər.

Qeyd edək ki, hazırda Rusiya Hindistana ən çox neft tədarük edən ölkələrin siyahısına başçılıq edir. Sentyabr ayında ölkənin ümumi idxalının 36 faizi məhz Rusiya neftinin payına düşüb. İraq və Səudiyyə Ərəbistanının hər biri isə Hindistana 20 faiz neft tədarük edib.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər