Hindistan enerji resurslarını öz milli maraqlarına və dünya neft bazarındakı vəziyyətə uyğun olaraq alır. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval brifinqdə bildirib. O, hökumətin Rusiya Federasiyasından neft idxalını dayandırmağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala cavab verib.
“Biz dəfələrlə aydın ifadə etdiyimiz siyasətə sadiq qalırıq. Enerji daşıyıcılarının tədarükü dünya bazarındakı qlobal dinamika, həmçinin 1,4 milyard insanı əlçatan qiymətlərlə enerji ilə təmin etmək zərurəti ilə bağlıdır”, – deyə o bildirib.
Diplomat əlavə edib ki, Hindistanın özəl şirkətləri neft tədarükü barədə qərarı kommersiya təklifləri əsasında qəbul edir və bu təkliflər də dünya neft bazarının dinamikasından asılıdır.
Ukrayna münaqişəsi 2022-ci ildə başladıqdan sonra Hindistan Rusiya neftini endirimlə alan ən böyük alıcılardan birinə çevrilib və hazırda Rusiyadan idxal ölkənin ümumi xarici neft tədarükünün üçdə birindən çoxunu təşkil edir. 6 avqustda ABŞ Hindistanın Rusiya enerji resursları alması ilə əlaqədar Yeni Dehliyə qarşı əlavə olaraq 25%-lik tariflər tətbiq edib. Avqustun sonunda isə Hindistanın bir sıra mallarına və xidmətlərinə tətbiq edilən rüsumlar 50%-ə qaldırıb. Hindistan XİN bu addımları ədalətsiz adlandırıb.







