Hindistan Yaponiyanı geridə qoyaraq dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib.
Bu barədə Hindistan hökumətinin saytında məlumat verilib.
“Hindistan 4,18 trilyon dollarlıq ÜDM ilə Yaponiyanı geridə qoyub, dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib”, – bəyanatda deyilir.
Hökumətin proqnozlarına görə, Hindistan iqtisadiyyatının 2,5-3 ildən sonra hazırda üçüncü yeri tutan Almaniyanı keçəcəyi gözlənilir.







