Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yaxın altı ayda 19 kosmik raket buraxmağı planlaşdırır.
Trend-in məlumatına görə, təşkilat ilk uçuşunu sentyabr ayına nəzərdə tutub. Yaxın üç il ərzində Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı xarici ölkələrin peykləri də daxil olmaqla ümumilikdə orbitə 50 peyk buraxmağı planlaşdırır.
Peyklər yer səthinin və okeanların dərindən araşdırılması məqsədilə buraxılır.
Qeyd edək ki, Hindistan 1947-ci ildən müstəqillik əldə olunandan dərhal sonra öz kosmik tətqiqatlarına başlayıb. Təşkilat hökumət tərəfindən idarə olunur.