Hindistanda 32 hava limanının fəaliyyəti dayandırıldı

Hindistan mayın 15-dək 32 hava limanının fəaliyyətini dayandırıb.

Bu barədə Hindistan Mülki Aviasiya Baş Müdirliyi məlumat yayıb.

“Otuz iki hava limanı mayın 15-i saat 5.29-a (Moskva vaxtı ilə 7.59) qədər müvəqqəti olaraq mülki uçuşlar üçün bağlı qalacaq”, – məlumatda deyilir.

Qeyd olunur ki, Adhampur, Ambala, Amritsar, Avantipur, Bathinda, Bhuj, Bikaner, Chandigarh, Halvara, Hindon və Cəmmu hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər