Hindistanda COVID-19 əleyhinə iki peyvənd təsdiq edilib. Verilən məlumata görə, onların hər iksi “Bharat Biotech” şirkətinin əməkdaşlığı ilə hazırlanıb. Bu barədə ölkənin baş naziri Narendra Modi öz “Twitter” səhifəsində yazıb.
“Biz hər iki peyvəndin Hindistanda istehsal olunduğundan qürur duyuruq”, – deyə hökumət başçısı söyləyib.
Xatırladaq ki, Hindistan Rusiyanın “Sputnik V”i də daxil olmaqla, dünya peyvəndlərinin 60%-ni istehsal edir. Ölkə 800 milyon insanı təmin edəcək 1,6 milyon dozaya sahibdir ki, bu da əhalinin 60%-i deməkdir.