12 C
Baku
Wednesday, April 24, 2024

Hindistanda COVID-19-un yeni mutasiyası aşkar edilib

Hindistanın Maharaştra əyalətinin dörd rayonunda koronavirusun yeni ştammı aşkar edilib.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Hindistan Times” yazıb. Yeni mutasiya “delta plus” (delta+) adını alıb.

Qeyd edildiyi kimi, koronavirusun yeni ştammına Maharaştra əyalətinin Sindhudurq, Ratnaqiri, Palqari və Calqaone rayonlarında 20 nəfər yoluxub. Hindistanın Səhiyyə Nazirliyi “delta plus” ştammının tədqiq edildiyi, lakin hələki narahatlıq doğurmadığını bildirib.

Xatırladaq ki, pandemiya başlayandan Hindistanda 29.8 milyon insan koronavirusa yoluxub, onlardan 386 min nəfər ölüb. ÜST-nin verdiyi məlumata görə, Hindistandakı ştamm (delta) getdikcə bütün dünya üzrə yayılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər