8 C
Baku
Monday, December 2, 2024

Hindistanda daha bir iPhone yığma zavodu tikiləcək

Hindistanın cənubundakı Karnataka əyalətinin hakimiyyət orqanı ikinci iPhone yığma zavodunun tikintisi üçün 120 hektar ərazinin ayrıldığını elan edib. Dövlət investisiya departamenti “Twitter” səhifəsində qeyd edib ki, bu tikintiyə Tayvanın “Foxconn Technology Group” şirkəti sərmayə qoyur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Foxconn”un sərmayəsinin məbləği dəqiqləşdirilməyib, lakin “Bloomberg” daha əvvəl bildirmişdi ki, şirkət Hindistanda iPhone istehsalını genişləndirmək üçün təxminən 700 milyon dollar sərmayə qoymaq niyyətindədir. Hazırda iPhone-lar Hindistanda üç təchizatçı tərəfindən yığılır: “Foxconn”, “Pegatron” və “Wistron”.

Ümumilikdə, son altı ayda “Apple” iqtisadiyyatın yavaşlaması və Çinlə gərginliyin artması fonunda istehsalın Çindən tədricən çıxarılması üzərində işləyir. Amerika şirkəti Hindistanda istehsal payını 25%-ə çatdırmağı planlaşdırır. İndi bu pay “Apple” məhsullarının ümumi həcminin 5-7%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər