12 C
Baku
Sunday, October 27, 2024

Hindistanda evdə bank xidmətləri göstəriləcək

Hindistanda poçt bankı yeni imkanlar təqdim edib

Hindistan Hökuməti ölkənin hər bir vətəndaşı üçün evdə maliyyə xidmətləri göstərmək məqsədilə İndia Post Payments Bank (IPPB) poçt bankından istifadə edir.

Qeyd edək ki, evdə və ofislərdə bank xidmətləri göstərmək üçün 11 min poçtalyon cəlb olunacaq. IPPB əməkdaşları təşviq etmək məqsədilə, poçt işçilərinin əmək haqqısının artırılmasına öz gəlirinin 30% -ni xərcləmək niyyətindədir.

Evdə bank xidmətlərinin göstərilməsi zamanı təşkilatın işçilərinə əməliyyatlar üçün smartfonlar və biometrik cihazlar veriləcək. Poçtalyonlar depozitin rəsmiləşdirilməsi, pul köçürmə xidmətləri, mobil ödəmə əməliyyatlarını həyata keçirir və s. Lakin onlar kredit və ya kredit kartı verməyəcəklər.

Hindistan Poçt Xidmətinin bir törəmə şirkəti olan IPPB, ötən il Hindistanın Raipur və Ranchi şəhərlərində iki pilot şöbə açdı. Bu ilin avqustun sonuna kimi ölkədə 648 filial açılmışdır

Son xəbərlər
Digər xəbərlər