12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Hindistanda kriptovalyuta ilə ödəniş qadağan ediləcək

Hindistan höküməti ölkədə kriptovalyutalarla ödənişlərin həyata keçirilməsini qadağan edəcək.

Məlumata görə, eyni zamanda kriptovalyutalarla ticarətə, onların səhm, istiqraz və qızıl kimi aktivlər qismində saxlanılmasına icazə veriləcək.

Hökümətin üzərində işlədiyi kriptovalyutaların tənzimlənməsi haqqında qanun layihəsi demək olar ki, hazırdır və yaxın 2-3 həftə ərzində Nazirlər Kabinetinin müzakirəsinə veriləcək, gələn ilin fevral ayında isə parlamentin qış sessiyasına təqdim olunacaq.

Qanun layihəsində birja və ticarət platformaları da daxil omaqla kriptovalyuta şirkətləri tərəfindən aktiv reklam təkliflərinin edilməsi qadağan olunacaq. Nəzərdə tutulan qanunun kriptovalyutaların vergiyə cəlb olunması məsələsini də həll edəcəyi gözlənilir.

Bazar ertəsi maliyyə üzrə parlament komitəsi kriptovalyuta sektorunun nümayəndələri ilə görüş keçirib. Parlamentarilər də qadağan etmək yerinə kriptovalyutaların tənzimlənməsi ideyasını dəstəkləyiblər.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X