10 C
Baku
Wednesday, December 11, 2024

Hindistanda naməlum xəstəlik səbəbindən 500 nəfər xəstəxanaya yerləşdirilib

Hindistanın cənubunda yerləşən Eluru şəhərində naməlum xəstəlik səbəbindən son üç gündə 500-dən çox insan xəstəxanaya yerləşdirilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dövlət xəstəxanasının rəhbəri doktor Mohan çərşənbə axşamı verdiyi açıqlamada, bu gün xəstəxanalarda təxminən 140 nəfərin qaldığını bildirib.

“Bazar ertəsi axşam saatlarında xəstəxanaya 476 nəfər gətirilib. Onlardan 125 nəfər bizdə müalicə alır, daha 18 nəfər isə Vijiyavada və Huntur şəhərlərindəki xəstəxanalardan yerləşdirilib. KİV-ə görə, həftə sonunda bəri 800-dən çox insan səhhətindən şikayət edib.

Xəstələrdə ürək bulantısı, baş və bel ağrısı kimi simptomlar qeydə alınıb. “The News Minute” nəşriyyatının verdiyi məlumata görə, naməlum xəstəlik ağcaqanadlara qarşı geniş miqyasda istifadə olunan xlor tərkibli üzvi maddələr ola bilər.

Son xəbərlər
Digər xəbərlər