24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Hindistanda sosial media və internet platformaları üçün yeni qaydalar qüvvəyə mindi

Screen Shot 2021 09 02 at 14.34.20

Hindistanda sosial media və internet platformaları üçün yeni qaydalar qüvvəyə minib. Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir. Bundan əlavə, “Hindistanın suverenliyinə və ərazi bütövlüyünə” toxunan, milli təhlükəsizliyi üçün təhdid olan və ya yetkinlik yaşına çatmayanlara zərər verən məzmun (kontent) qadağan edilib.

Sosial şəbəkələr bu kimi məzmunu müstəqil şəkildə və ya məhkəmə qərarı ilə silməlidirlər, eyni zamanda onu yayımlayan şəxsin adını səlahiyyətli orqanlara bildirməlidirlər.

Qeyd edildiyi kimi, sosial şəbəkələr yeni qaydalara riayət edilməsinə nəzarət məqsədilə Hindistanda öz nümayəndələrini təyin etməlidirlər.

“Google” yeni qaydalara riayət etmək niyyətində olduğunu, “Facebook” “riayət etməyə çalışacağını”, “WharsApp” isə məsələ ilə bağlı Dehli məhkəməsinə müraciət etdiyini bildirib.

Xatırladaq ki, Hindistan internet istifadəçilərinin sayına görə dünyada Çindən sonra ikinci ölkədir (800 milyondan çox istifadəçi).

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər