8 C
Baku
Friday, December 13, 2024

Hindistanda “WhatsApp” qətlləri: Hökumət təcili tədbirlər tələb etdi

Hindistan hökuməti “WhatsApp” messencerini ölkənin imicinə zərər vuran şayiələrin və yalanların yayılmasının qarşısını almağa çağırıb.

Hindistanın İnformasiya Texnologiyaları və Elektronika Nazirliyi messencerdə məsuliyyətsiz və partlayış effektli məlumatların yayılması ilə əlaqədar öz dərin narahatlığını “WhatsApp” administrasiyasına çatdırıb. Hökumət tələb edib ki, “WhatsApp” bu cür təhlükəli halların qarşısını almaq üçün dərhal tədbir görməlidir.

Qeyd edək ki, Hindistanda son aylarda “WhatsApp” vasitəsilə uşaq oğurluğu, zorlama və qarət xəbərlərinin yayılmasından sonra azı 25 nəfər linç edilib. İlk belə hal 2017-ci ilin mayında baş verib. “WhatsApp vasitəsilə yayılan şayiələrdən sonra uşaq oğurluğu iddiası ilə 6 nəfər öldürülüb. Ötən bazar günü isə eyni şübhə ilə 5 nəfər kütlə tərəfindən döyülərək qətlə yetirilib.

Hindistanda 200 milyondan çox “WhatsApp” istifadəçisi var.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər