13 C
Baku
Sunday, November 24, 2024

Hindistandan idxal olunan məhsul istehlaka yararsız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində “Sky and Star Technologies” MMC-nin Hindistandan ölkəmizə idxal etdiyi “Enternitive Herbals PVT” LTD-yə məxsus bioloji fəallığa malik qida əlavəsinə (URICLEAN, Tablet №30) AQTA müfəttişləri tərəfindən keçirilən baxış zamanı uyğunsuzluqlar aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub və idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi, istehlaka yararsız olduğu müəyyən olunub. Bununla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər