25 C
Baku
Thursday, July 10, 2025

Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək

Rusiya yüksək ixtisaslı kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb etməyi planlaşdırır.

Bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin bildirib.

“Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonuna qədər bu ölkədən Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə bir milyon mütəxəssis gələcək. Yekaterinburqda bu ölkənin yeni baş konsulluğu açılır ki, o da bu məsələlərlə məşğul olacaq”, – deyə o, müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Rusiya sənaye müəssisələri istehsal gücünü artırmalıdır, lakin regionda kəskin işçi qüvvəsi çatışmazlığı yaşanır. Bəzi işçilər Ukraynada müharibəyə cəlb olunub, gənclər isə fabriklərdə işləməyə həvəs göstərmirlər ki, bu da Besedinin fikrincə, ölkədə əvvəllər yol verilmiş ideoloji səhvlə bağlıdır.

Hindistanla yanaşı, Şri-Lanka və Şimali Koreya ilə də iş aparılır.

Yeni işçilər ilk növbədə yüksək ixtisaslı mütəxəssislər tələb olunan metallurgiya və maşınqayırma sənayesinə göndəriləcək.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər