20 C
Baku
Saturday, June 14, 2025

Hindistanın əhalisi 1.5 milyarda yaxınlaşır

Hindistanın əhalisi 1.5 milyard nəfərə yaxınlaşır və gələcəkdə daha 200 milyon nəfər artacağı proqnozlaşdırılır.

Bu barədə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən hazırlanmış hesabatda bildirilir.

“Hindistan hazırda dünyanın ən sıx məskunlaşmış ölkəsidir – təxminən 1.5 milyard əhalisi var. Bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1.7 milyarda qədər artacağı gözlənilir”, – hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.

Beynəlxalq təşkilatın proqnozuna görə, 2080-ci illərin ortalarında Yer kürəsinin əhalisi 10.3 milyard nəfərə çatacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər