13 C
Baku
Friday, November 22, 2024

Hindistanın Baş naziri istefa verib

Hindistanın Baş naziri Narendra Modi istefa verib, ölkə prezidenti Draupadi Murmu qərarı təsdiqləyib. Bu barədə dövlət başçısının katibliyi məlumat yayıb.

“Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modidən yeni hökumət qurulana qədər işi davam etdirməyi xahiş edib”, – mesajda deyilir.

Qeyd edək ki, Hindistan qanunveriliciyinə əsasən, istefa vermiş Baş nazir və Nazirlər Kabineti yeni hökumət qurulana qədər vəzifələrində qalırlar.

Son xəbərlər
Digər xəbərlər