Hindistan son illərdə Fələstinə 120 milyon dollar yardım edib.
Bunu Hindistanın BMT-dəki daimi nümayəndəsinin müavini R.Ravindra bildirib.
“Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 35 milyon dollar yardım daxil olmaqla, son illər ərzində Fələstinə inkişafı üçün müxtəlif formalarda göstərdiyimiz yardım təxminən 120 milyon dollar təşkil edir”, – o vurğulayıb.