Hindistanın keçmiş Baş naziri Manmohan Sinqx dekabrın 26-da vəfat edib, “The Economic Times” yazır. Onun 92 yaşı olub. Manmohan Sinqx qəfil huşunu itirdikdən sonra Dehli xəstəxanasına aparılsa da, həyatını xilas etmək olmayıb.
Məlumata görə, dəfn mərasimi dövlət səviyyəsində keçiriləcək. Onun dekabrın 28-də baş tutması gözlənilir. “Dəfn günü Hindistanın xaricdəki bütün səfirliklərində milli bayraq yarıya endiriləcək”, – mesajda deyilir.
Manmohan Sinq də BRICS-in birləşməsinə böyük əhəmiyyət verib. Hələ 2011-ci ildə o, BRICS ölkələrinin böyüməsi və rifahının qlobal səviyyədə iqtisadi və maliyyə sabitliyinin təmin edilməsində mühüm rol oynaya biləcəyini bəyan etmişdi.