14 C
Baku
Saturday, October 18, 2025

Hindistanın neft emalı zavodları ilk dəfə Qayana nefti alıb

İki Hindistan neft emalı zavodları (NEZ) Amerika şirkəti “ExxonMobil”dən 4 milyon barel Qayana xam nefti alıb. Bu barədə mənbələrə istinadən “Reuters” agentliyi  məlumat verib.

Hindistanın ən böyük neft emalı zavodu olan “Indian Oil Corp” 2 milyon barel “Golden Arrowhead” markalı neft alıb. Bildirilir ki, bu partiyanın dekabrın sonunda və ya yanvarın əvvəlində çatdırılması gözlənilir.

“Hindustan Petroleum Corp” zavodu isə eyni dövrdə çatdırılacaq “Liza” və “Unity Gold” markalı 2 milyon barel xam neft alıb.

15 oktyabrda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Hindistanın Baş naziri Narendra Modi Rusiyadan neft idxalını tamamilə dayandırmağa söz verib. Daha sonra Hindistanın dörd böyük neft emalı şirkətinin rəhbərləri “Bloomberg”ə bildiriblər ki, ABŞ-dən belə sərt açıqlamalar gözləmirdilər.

Hindistan Xarici İşlər Nazirliyi iki dövlət başçısı arasında Rusiyadan neft idxalının dayandırılması ilə bağlı danışıqlar aparıldığını təsdiqləməyib. Ağ Ev nümayəndəsi “Reuters”ə bildirib ki, ABŞ və Hindistan danışıqlar aparıb və nəticədə Hindistanın NEZ-lərini Rusiyadan xam neft idxalını 50% azaldıblar.

Son xəbərlər
Digər xəbərlər