Hindistanın Rusiyadan neft idxalı sentyabr ayında 6,1% artaraq 19,9 milyon tona çatıb. Bu barədə Hindistanın neft sənayesi nazirliyindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat verib.
Aylıq ifadədə artım 1,7% təşkil edib. 2024-cü ilin sentyabrında Hindistan 18,7 milyon ton neft və qaz-kondensat xammalı idxal etmişdi.
Ötən ay Hindistanın xaricdən neft məhsulları alışı illik müqayisədə təxminən 20,9% artaraq 4,4 milyon ton olub, həmin məhsulların ixracı isə 4,8% azalaraq 6,1 milyon tona düşüb.
Analitika agentliyi “Kpler”in daha əvvəl yaydığı məlumata görə, xarici təzyiqlərə baxmayaraq, sentyabrda Hindistan Rusiyadan sutkada 1,6 milyon barel neft idxal edib. Bu, avqustla müqayisədə 6% azdır (avqustda sutkada 1,7 milyon barrel idi), lakin buna baxmayaraq, ötən ay Rusiya Hindistan üçün ən böyük neft ixracatçısı olaraq qalmaqda davam edib.
Hindistan enerji təhlükəsizliyini artırmaq, tədarükün davamlılığını qorumaq və iqtisadi elastikliyi yüksəltmək məqsədilə neft idxalının coğrafiyasını genişləndirməyə çalışır. Sentyabrda Yeni Dehli İraqdan idxalı avqustdakı 730 min barel/gündən 904 min barel/günə yüksəldib. Səudiyyə Ərəbistanı və BƏƏ-dən də tədarük davam edir.
Hindistan neftə yüksək idxal asılılığı olan (85%-dən çox) dünyanın üçüncü ən böyük neft istehlakçısıdır. Ölkənin neft emalı zavodları 30-dan çox ölkədən xammal alır.








