Hindistanın paytaxtı Dehlidə ölkənin yeni prezidenti Draupadi Murmunun andiçmə mərasimi baş tutub.
D.Murmu Hindistanın 15-ci prezidenti olub.
Bundan başqa, o, bu vəzifəyə seçilən ikinci qadın olub.
Hindistanda prezident seçkisi iyulun 18-də keçirilib. Səsvermədə ölkə parlamentinin hər iki palatası, eləcə də ştatların qanunverici orqanlarının nümayəndələri iştirak edib.
Ümumilikdə səsvermədə 4 800 nəfər iştirak edib, Draupadi Murmu 64 faiz səs toplayıb.
O, bu vəzifədə Ram Nath Kovindi əvəz edəcək.