3 C
Baku
Monday, February 10, 2025

Hindistanlı iş adamları Azərbaycanda şirkət yaradıblar

Üç hindistanlı iş adamı Azərbaycanda da şirkət təsis edirlər.

Banker.az xəbər verir ki, Navas Shareef Khatu Pareti, Khatupareti Suleman və Khatuparuthi Fardas adlı şəxslər Azərbaycanda da “Kps Dynasty Ventures PVT” LTD ilə eyni adlı şirkət təsis ediblər.

Bakıda təsis edilən şirkətin adı “KPS Dynasty Ventures” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin nizamnamə kapitalı 10 min manatdır və ona həmtəsisçilərdən biri Khatupareti Suleman rəhbərlik edəcək.

Hindistanda təsis edilən “Kps Dynasty Ventures PVT” LTD-nin isə 10 milyon Hindistan rupisi kapitalı var və bu, hazırki məzənnə ilə 114 min dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər