19 C
Baku
Sunday, June 15, 2025

Hindistanlı milyarder arı sancmasından öldü

Hindistanlı məşhur biznesmen, beynəlxalq “Sona Comstar” şirkətinin rəhbəri Sancay Kapur bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə iş adamı Böyük Britaniyada polo oynayarkən baş verib.

Belə ki, oyun zamanı 53 yaşlı milyarder təsadüfən arı udub və bundan sonra huşunu itirərək yerə yıxılıb. İlkin ehtimallara görə, arı Kapurun ağız nahiyəsindən sancıb və bu da anafilaktik şoka səbəb olub. Nəticədə isə iş adamı həyatını itirib.

Qəzet yazır ki, Kapur polo oyununu sevməsi ilə məşhur olub. O, Britaniya şahzadəsi Uilyamla tanış olub və onun iştirakı ilə matçlarda iştirak edib.

Son xəbərlər
Digər xəbərlər