15 C
Baku
Tuesday, April 23, 2024

Hindistanlı milyarder dünyanın ikinci ən varlı adamı olub

“Adani Group”un rəhbəri və qurucusu hindistanlı iş adamı Qautam Adani ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezosu taxtdan salaraq, dünyanın ikinci ən varlı adamı olub.

Bezosun sərvəti Nyu-York vaxtı ilə saat 22:38-də $145.8 milyarda endikdən sonra Adani $146.9 milyard sərvəti ilə siyahıda ikinci yerdə qərarlaşıb. 1-ci yerdə $260 milyardlıq sərvətlə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask qərarlaşıb.

Analitiklər sərvət reytinqindəki dəyişikliyin qısamüddətli olacağını və bu il 26%-dən çox ucuzlaşan “Amazon” səhmləri ilə bağlı olduğunu düşünürlər.

“Bloomberg Milyarderlər İndeksi”ndə ili 14-cü yerdə başlayan və zənginlər siyahısında sürətlə yüksələn Adani tərəfindən qurulan flaqman “Adani Enterprises Ltd.”in səhmləri ötən həftə rekord həddə yüksəlib. Digər tərəfdən, “Adani” Qrupuna daxil olan şirkətlər 2020-ci ildən bəri 1000%-dən çox böyüyüb.

Fevral ayında Asiyanın ən zəngin iş adamı olan hindistanlı milyarder Mukeş Ambanini ötüb keçən Adani son iki ayda Bill Qeyts və fransalı Bernard Arnonu da taxtdan salıb. Beləliklə, ilk dəfə olaraq asiyalı bir iş adamı ABŞ texnologiya sahibkarlarının üstünlük təşkil etdiyi sərvət indeksinin zirvəsində dayanır.

Adaninin qurucusu olduğu “Adani Group”un neft-kimya, aerokosmik, müdafiə və məlumat mərkəzləri daxil olmaqla bir çox sektorda investisiyaları var. Son zamanlar Adani Səudiyyə Ərəbistanının neft nəhəngi “Aramco”da müştərək müəssisə də daxil olmaqla tikinti, polad kimi bir çox sahədə iş aparır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər