1. Həqiqəti söyləmək üçün çoxlu sözə gərək yoxdur.
2. Həyat nədir? Bu gecə vaxtı işıldaquşun saçdığı işıqdır. Bu qış gələndə bizonun aldığı nəfəsdir. Bu otların üzərinə uzanan və qürub vaxtı əriyən kölgələrdir.
3. Torpağı sev. O, sənə valideynlərindən miras qalmayıb, o sənə övladların tərəfindən borc (əmanət) verilib.
4. Yalnız son ağac kəsiləndə, yalnız son çay zəhərlənəndə, yalnız son quş tutulanda – yalnız onda siz anlayacaqsınız ki, pulları yemək olmur.
5. Evliliklərinin ilk ilində yeni ailə quranlar bir-birinə baxır və düşünürdülər ki, görəsən onlar xoşbəxt ola biləcəklər. Əgər cavab yox olarsa, onlar sağollaşır və özlərinə yeni həyat yoldaşı axtarırdı. Əgər onlar razılıq olmadığı təqdirdə bir yerdə yaşamağa məcbur olsaydı, onda biz də “ağ insanlar” kimi axmaq olardıq.
6. Sən özünü yatmışlığa vuran insanı ayılda bilməzsən.
7. Böyük Ruh da mükəmməl deyil, onun həm işıqlı, həm də qaranlıq tərəfi var. Bəzən qaranlıq tərəflər bizə daha çox bilik verir, nəinki işıqlı.
8. Mənə baxın. Mən kasıb və lütəm. Amma mən öz xalqımın – rəhbəriyəm (tayfamın başçısıyam). Biz sadəcə öz uşaqlarımıza dürüst olmağı öyrətmək istəyirik. Biz sülh və sevgi istəyirik.
9. Hətta sənin susqunluğun belə duanın bir hissəsi ola bilər.
10. Ağ insanlar tamahkardır. Onlar hətta burunlarını sildikləri parçanı sonra bərk-bərk ciblərinə qoyurlar ki, sanki parçanın arasından çox qiymətli bir şey çıxıb qaça bilər.
11. Biz ona görə kasıbıq ki, biz dürüstük.
12. Təbiətin hər bir elementində bilik gizlənir. Nə vaxtsa dünya kitabxana olub.
13. Mənim oğlum heç zaman əkinçilik ilə məşğul olmayacaq. Torpaqda işləyən insan yuxu görmür. Müdriklik isə bizə yuxularda verilir.
14. Biz ona görə kilsələrin olmasını istəmirik ki, kilsələr bizi Allah barəsində mübahisə etməyi öyrədəcək.
15. İnsan bir gün dua edib, sonra altı gün günah edəndə, Böyük Ruh qəzəblənir, Zalım Ruh isə gülür.
16. Nəyə görə sevgi ilə götürə biləcəyiniz bir şeyi zor gücünü götürməyə çalışırsınız?
17. Keçmiş vaxtlar çox gözəl idi. Qocalar günəşin altında oturur, körpə uşaqlarla o vaxta qədər oynayırdılar ki, günəş onları yuxuya qərq edirdi.
Qocalar uşaqlarla hər gün belə oynayırdı və günlərin birində hansısa məqamda onlar sadəcə yuxudan ayılmırdı.
18. Hər hansı bir əfsanə öləndə və ya arzu puç olanda, onda dünyada əzəmət qalmır.
19. Heyvanlarsız insan nədir? Əgər bütün heyvanlar qırılarsa, onda insanlar ruhi tənhalığın sıxıntısından ölər. Heyvanların başına gələn hər şey insanların da başına gəlir.
20. Bir dənə “götür” iki dənə “mən verərəm”-dən daha yaxşıdır (soğan olsun, nağd olsun).
21. Məndən arxada getmə – ol bilsin mən sənə yol göstərə bilmədim. Məndən qabaqda getmə – ola bilsin sənin arxanca gəlmədim. Mənimlə bir get, çiyin-çiyinə və onda biz bir olacağıq.
22. Həqiqət insanların inandığıdır.
23. Hətta balaca siçanın da qəzəbə haqqı vardır.
24. Nə qədər gözəl sözlər deyildiyini və nə qədər vədlərin pozulduğunu xatırlayanda, mən çox əzab çəkirəm. Bu dünyada həddindən çox o adamlar danışır ki, onların ümumiyyətlə danışmaq haqqı yoxdur.
25. Qoy mənim düşmənin güclü və qorxulu olsun. Əgər mən ona qalib gəlsəm, utanc hissi keçirməyəcəyəm.
26. Müxtəlif əhvalatlar (hekayələr) danışan insanlar dünyanı idarə edir.
27. Biliklərə deyil, müdrikliyə can at. Bilik –keçmişdir. Müdriklik –isə gələcək.
28. Sən həyata gələndə ağlayırdın, dünya isə gülürdü. Onda elə yaşa ki, həyatdan köçəndə sən güləsən, dünya isə ağlasın.