1. Müxtəlif əfsanələrə zidd olaraq, hipnozçular heç bir fövqəltəbii qüvvələrə malik deyillər. Onlar sadəcə olaraq lazımı məlumat və bacarıqlara sahibdirlər. Hipnozçu insanı trans vəziyyətinə gətirən bir “ötürücü”-dür və insanın özündən psixoloji gərginliyi atmaq və maksimum şəkildə rahatlaşmağa kömək edir.
2. Əgər insan asanlıqla təsir altına düşürsə ona dahi rəssam və yaxud musiqiçi olduğunu təlqin etmək asandır. Bir insana Amerikanın dahi şahmatçısı olduğu təlqin edilir və ona şahmat oynamaq təklif edilir. Bu zaman isə onun ilk reaksiyası 1 milyon dollar həcmində qonorar tələb etmək olur.
3. Bir çox qərb ulduzları artıq öz üzərində hipnozu sınaqdan keçirib. Belə ki, bir neçə il əvvəl aktrisa Drew Barrymore hipnozun köməyi ilə narkotik asılılığından, “Black Eyed Peas” qrupunun məşhur müğənnisi Fergie isə alkoqolizmdən xilas olmağı sınaqdan keçirib.
4. Bu sınaq isə artıq dəfələrlə yoxlanılıb: Böyük bir auditoriya qarşısında iki maddənin bir-birinə qarışdırıldığı göstərilir və bildirilir ki, elə indicə bu maddələrin kəskin, üfunətli qoxusu yayılacaq. Həmçinin bu qoxunu hiss edənlərdən əlini qaldırması tələb edilir. Bir neçə dəqiqə keçir və ilk sıralardan əllər qalxmağa başlayır. Bir müddət də keçdikdən sonra bütün zal əlini yuxarı qaldırmış vəziyyətdədir. Hətta bəziləri zaldan çıxarılır, bəziləri isə digər əli ilə burnunu tutur. Əslində isə bu maddələr tamamilə qoxusuz idi.
5. İnsan hipnozun təsiri altında olduqda onun istənilən allergik reaksiyaları sönmüş vəziyyətdə olur. Buradan da belə nəticə çıxır ki, allergiya bir çox halda şüurdan asılıdır.
6. Avstriyada bank əməkdaşları və zinət əşyaları mağazalarında işləyənlər üçün uğurlu şəkildə hipnoz kursları fəaliyyət göstərir. Onlar qarət halında oğrunu necə hipnoz etməyin yollarını mükəmməl şəkildə mənimsəyirlər.
7. Heç bir insanı öz istəyi olmadan hipnoz etmək mümkün deyil. Lazımi motivasiya və arzu olmadan heç bir insan hipnotik vəziyyətə düşməyə qadir deyil.
8. Statistikaya əsasən, dünyada hipnozdan ən çox hallarda sakitləşdirici vasitə, depressiyanın müalicəsi və alkoqolizmdən xilas olmaq üçün istifadə edilir.
9. Hipnozu 19-cu əsrdə bir ingilis cərrah düşünmüşdür və bunda məqsəd cərrahi əməliyyatlar zamanı xəstənin ağrısızlaşdırılması idi.
10. Belə məlum olur ki, insane özünü hipnoza meyillidir. İnsan gün ərzində dəfələrlə qısa müddətli trans vəziyyətinə düşür. Psixikamız bu yolla özünü gərginlikdən və əlavə yüklənmədən qoruyur.