“Hitachi Ltd” şirkəti Yaponiya hökumətinin koronavirusa qarşı tədbirlərinə uyğun olaraq, ölkədəki müəssisələrindəki işçilərin üçdə birini məsafəli iş rejiminə keçirəcək.
Mart ayı boyu davam etdiriləcək bu qayda 35 min işçinin, təqribən, 10 minini əhatə edəcək. Həmin sıraya ilk növbədə övladları məktəbli olanlar daxil edilib.
Hökumətin göstərişi ilə martın 2-dən yaz tətilinin sonunadək ölkədəki bütün məktəblərin fəaliyyətini dayandırılır. Belə ki, əlavə göstəriş verilməsə dərslər aprel ayından başlayacaq.
Xatırladaq ki, Yaponiyada koronavirusa yoluxanlar 900 nəfərdən çoxdur, onların 705 nəfəri “Diamond Prinsess” gəzinti gəmisində olanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı isə 8 nəfərdir.
©Report