25 C
Baku
Sunday, July 3, 2022

Hiyləgər biznes gedişləri: hər şeyi satın almaq

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?!

Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir.

Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar

70-ci illərdə duru sabunu yalnızca  1 şəxs satırdı və bu ABŞ-dan olan Robert Teylor idi. Bu onun ixtirası idi və o bilirdi ki, bu məhsulun böyük gələcəyi var. Lakin onun tək bir problemi var idi. O satdığı hər şey patentləşdirilə bilməzdi. Çünki duru sabun ideyası yenilik deyildi, insanlar isə “nasos” sistemini min il bundan əvvəl yaratmışdılar. Beləliklə, bir neçə iri istehsalçı Teylorun kiçik biznesini məhv edərək onun ideyasını böyük məmnuniyyətlə oğurlamağa hazır idilər.

Bu zaman Teylor hərəkətə keçməyi qərara alır və bütün plastik “pompaları” alır. Bütünlüklə hamısını. Ölkədə bu qurğuları istehsal edən cəmi iki istehsalçı var idi və o bu iki istehsalçını satın almaq üçün 12 milyon dollar sərf edir. O bu şirkətlərdən bu məbləğə 100 milyon başlıq istehsal etməsini tələb etsəydi şirkətlərin bir neçə ilə ehtiyacı olacaqdı. Beləliklə, digər rəqiblər Teylor kimi duru sabun istehsal etmək istəsələr, qablaşdırma üçün başlıq əldə edə bilməyəcəkdilər.  Teylor belə bir riskli addımdan iki il sonra öz biznesini 61 milyon dollara Colgate-Palmolive şirkətinə satmışdı.

Son xəbərlər
Oxşar xəbərlər