22 C
Baku
Thursday, June 26, 2025

“Hizbullah”ı maliyyələşdirən bankirin öldürüldüyü təsdiqlənib

İsrail Müdafiə Qüvvələri (IDF) İrandan “Hizbullah” təşkilatına pul köçürmələri həyata keçirən Haytam Abdullah Bakrinin öldürüldüyünü təsdiqləyib.

Bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

Hərbçilər bildiriblər ki, onun şirkəti İranın “Qüds” bölməsindən alınan vəsaitlərin saxlanılması və “Hizbullah” təşkilatı üçün köçürülməsi mexanizmidir.

“Bu vəsaitlər “Hizbullah” tərəfindən hərbi məqsədlər, yaraqlılara maaşların ödənilməsi, təşkilatın terror fəaliyyətinin davam etdirilməsinin maliyyələşdirilməsi və s. üçün istifadə olunur”, – məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər