25 C
Baku
Saturday, July 27, 2024

“H&M”, “Canon” və “Farfetch” Rusiyada satışları dayandırdılar

Böyük geyim markası “H&M” Rusiyada satışlarını müvəqqəti dayandırıb, “Canon”un onlayn mağazası da rublun məzənnəsindəki dalğalanmalara görə eyni tədbirləri görüb.

Banker.az xəbər verir ki, “HM.com müvəqqəti olaraq fəaliyyət göstərmir”, – deyə mesajda bildirilib.

Oxşar bildiriş dəbdəbəli geyim və aksesuarların satışı ilə məşğul olan “Farfetch” şirkətinin rusdilli saytında da yer alıb. Sayt Rusiyada sifariş vermək istəyərkən “Biz müvəqqəti olaraq xaricdən Rusiyaya sifarişlər çatdırmırıq” yazısını göstərir.

Şirkətlər haqqında

“Canon” – görüntü texnologiyaları şirkətidir.

“H&M” – ən böyük beynəlxalq geyim və aksesuar pərakəndə satış şirkətlərindən biridir.

“Farfetch Limited” – 190 ölkədə mövcud olan lüks moda bazarıdır.

Son xəbərlər
Digər xəbərlər