23 C
Baku
Friday, April 19, 2024

“H&M” İngiltərədə müsahibə üçün kişi kostyumlarını pulsuz kirayəyə verməyə başladı

“H&M” geyim markası İngiltərədə müsahibələr üçün kişi kostyumlarını pulsuz kirayəyə verməyə başlayıb. Bununla şirkət lazımsız paltarların satışını azaltmaq istəyir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, xidmətə Böyük Britaniyada aprelin 15-də start verilib, mayın 13-də onu ABŞ-da başlatmaq planlaşdırılır.

“H&M” markasının verdiyi məlumata görə, müştərilər XS-dən tutmuş XXL-ə qədər fərqli ölçülərdə tünd-göy kostyumları kirayəyə götürə biləcəklər. Kostyum 24 saat ərzində qaytarıldığı təqdirdə, kirayə haqqı ödəmək lazım olmayacaq. Onlar bunu kostyumun kimyəvi təmizləməyə göndəriləcəyi xüsusi çantada etməlidirlər. Alıcı yalnız çantaya görə pul ödəyəcək.

Riteylerin nümayəndəsinin sözlərinə görə, müştərilər ləkələr və ya kiçik zədələrə görə əlavə haqq ödəməli olmayacaqlar. Əgər kostyum ciddi zədələnibsə, müştəri onu tam qiymətə alacaq.

“H&M” bu xidmətin davamlı inkişaf strategiyasının bir hissəsi olduğunu bildirir – müştərilər müsahibələrdə “güclü təəssürat” yarada biləcəklər və eyni zamanda bunun üçün kostyum almaq məcburiyyətində olmayacaqlar.

Xatırladaq ki, 2020-ci ildə qrup geyim materiallarının 64.5%-nin təkrar emal edilmiş və ya ekoloji cəhətdən təmiz olan materiallardan hazırlandığını açıqlamışdır. “H&M” 2030-cu ilə qədər bütün kolleksiyanı bu cür materiallardan hazırlamağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər