28 C
Baku
Saturday, July 27, 2024

Hökumət 2019-2021-ci illərdə dövlət büdcəsindən kapital qoyuluşlarını azaldacaq

Azərbaycan hökuməti 2019-2021-ci illərdə dövlət büdcəsindən kapital qoyuluşların həcmini azaltmağı planlaşdırır.

Hökumətin büdcə materiallarına görə, 2018-ci ildə dövlət büdcəsində nəzərdə tutulan dövlət kapital qoyuluşlarının həcmi 2017-ci ildə 2 mlrd. 692 mln. manata qarşı 4 mlrd. 924,2 mln. manat təşkil edir (artım 82,9% təşkil edəcək).

Lakin, 2019-cu ildən başlayaraq büdcədən dövlət kapital qoyuluşlarının həcmi azalacaq. Xüsusilə, 2019-cu ildə onların həcmi 3 mlrd. 318,9 mln. manat, 2020-ci ildə 3 mlrd. 319 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara əsasən, 2021-ci ildə onların həcmi 2 mlrd. 465,3 mln. manat təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər