28 C
Baku
Saturday, July 27, 2024

Hökumət bu məhsulların istehsalçıları üçün vergi güzəştlərinin 2024-cü ilədək uzadılmasını təklif edib

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin müddətinin daha 5 il – 2024-cü ilədək uzadılmasını təklif edir. Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

«Vergi Məcəlləsinə dəyişikliklər layihəsi parlamentə təqdim edilib. Onun bəndlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin müddətinin daha 5 il – 1 yanvar 2024-cü il tarixinədək uzadılmasından ibarətdir», – deyə məlumatda bildirilir.

Bu güzəştlər çərçivəsində kənd təsərrüfatı müəssisələri torpaq vergisi istisna olmaqla bütün növ vergi ödənişindən azad ediləcək.

Mövcud qanunvericiliyə əsasən, bu güzəştlərin müddəti 31 dekabr 2018-ci il tarixində başa çatır.

©“İnterfaks-Azərbaycan”

Son xəbərlər
Digər xəbərlər