32 C
Baku
Saturday, June 25, 2022

Hökumət bu xidmət haqlarının məbləğini artırdı – QƏRAR, SİYAHI

Nazirlər Kabineti «İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri»ndə dəyişiklik edib.

Banker.az Fed.az-aistinadla xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla sözügedən xidmətlərə görə, xidmət haqlarının bir hissəsi artırılıb.

Belə ki, qərara əsasən, məsələn, sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün əvvəllər fiziki şəxslər, büdcə təşkilatları və fiziki şəxslər bir dəfə ödəniş edirdilərsə, bundan sonra 11-ci ildən başlayaraq hər artırılan ilə görə 8 manat əlavə ödəniş etməli olacaqlar.

Bundan başqa, qərara görə, əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa (yəni 203 manata) 60 manat əlavə edilməklə müəyyənləşdirilir. Bu qərardan əvvəl isə 60 manatlıq məbləğ 40 manat idi. Başqa sözlə, əvvəllər 175 manata (135 + 40 manat) başa gələn prosedur indi 263 manata (203 + 60 manat) başa gələcək.

Digər tərəfdən, qərara əsasən iddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa (203 manata) 180 manat (əvvələ 120 manat idi) əlavə edilməklə müəyyənləşdirilir. Nəticədə, əvvəllər 255 manata (135 + 120 manat) başa gələn prosedur indi 283 manata (203 + 180 manat) başa gələcək.

Bundan başqa, qərara əsasən, bu siyahıya yeni xidmət haqqı əlavə edilib. İndiyədək ixtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün ödəniş nəzərdə tutulmasa da, bundan sonra həmin xidmət üçün 15 manatlıq xidmət haqqı ödəmək tələb olunacaq.

Dəyişən xidmət haqları belədir:

Screenshot 20220522 090832 Chrome Screenshot 20220522 090853 Chrome

 

Son xəbərlər
Oxşar xəbərlər