26 C
Baku
Thursday, July 18, 2024

Hökumət yenə parlamentdə toplanacaq

Milli Məclis daha bir büdcə sənədinə baxacaq.

Bu ay parlamentin 2021-ci ilin dövlət büdcəsinin icrası barədə hesabatı dinləyəcəyi gözlənilir.

Qeyd edək ki, bir qayda olaraq büdcənin icrası barədə məlumatları maliyyə naziri təqdim edir.

İclaslarda hökumətin iqtisadi blokunda təmsil olunan nazirlər də iştirak edəcəklər.

Bildirək ki, Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabat mart ayında parlamentin iclasında müzakirəyə çıxarılıb. Həmin iclasda da baş nazir daxil olmaqla hökumət üzvləri iştirak ediblər.

Ötən ilin büdcəsinin icrası barədə hesabat isə daha çox gəlir və xərclərin necə bölüşdürülməsi ilə bağlı məsələləri əhatə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər