Hökumətin, ombudsmanın, Dövlət Komitəsinin hesabatına baxılma müddəti təxirə salındı

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məruzəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında illik məlumatına Milli Məclisdə baxılma müddəti qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bu barədə parlamentin İnsan hüquqları komitəsindən məlumat verilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Ombudsman cari il bitdikdən sonra iki aydan gec olmayaraq, ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Ombudsmanın bu məruzəsi artıq Prezidentə təqdim olunub.

Lakin məruzə hələ Milli Məclisə daxil olmayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları