Azərbaycan hökuməti 2024-cü il üzrə Dövlət Neft Fondunun (ARDNF) valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir proqnozunu öncəki illə müqayisədə iki dəfə yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə Prezidentin Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında fərmanında qeyd edilir.
Bildirilir ki, ARDNF bu əməliyyatlarla aktivlərindən 3 milyard 131.97 milyon manat gəlir əldə edəcək. Bu da rəsmi məzənnə ilə 1 milyard 842.33 milyon ABŞ dolları ekvivalentindədir.
Öncəki ildə suveren fondun bu növ üzrə mənbədən gəlirləri 1 milyard 590.9 milyon manat idi.
2023-cü ilin 01 oktyabr tarixinə olan göstəriciyə görə, ARDNF-nin aktivləri 55 milyard 524 mln. ABŞ dolları həcmindədir. Bunun 6 milyard 103.7 milyon dolları qızıldadır.
Ümumiyyətlə ARDNF-in aktivlərinin 61 faizi istiqraz, 22.2 faizi səhmlər, 11 faizi qızıl və 5.8 faizi qızıldadır.