Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridəneftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib.
Banker.az bunu Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsində bildirir.
Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir.
ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildəisə 81,8%-ə çatacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, ilin ilk rübündə 0,3% real iqtisadi azalma və ya resessiya qeydə alınıb.
Bundan əlavə hesabatda qeyd edilib ki, ötən ildə bir sıra enerji vəərzaq məhsullarının ucuzlaşması, qiymətli metalların isəəhəmiyyətli dərəcədəbahalaşması müşahidəedilmişdir. “Azeri Light” markalı neftin bir barrelinin orta illik qiyməti 71 ABŞ dolları səviyyəsində qərarlaşmış, 2024-cü ildəki ortaqiymətdən 14,3faiz az, 2025-ciilin dövlət büdcəsinin hazırlanması zamanı əsas götürülmüş göstəricidən (70 ABŞ dolları) 1,4 faiz çox olmuşdur. Cari ilin ilk rübündə cərəyan edən hadisələr nəticəsində neftin bir barelinin orta ixrac qiyməti 82,2 ABŞ dolları təşkil edib.
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cıildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artımproqnozlaşdırılmışdır.2027-ciildəəsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1faiz artım olacağı, 2026-cı ildən 2028-ciilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.






