Azərbaycanda kənd təsərrüfatı üzrə 2021-ci ilin dövlət büdcəsindən xərclərin 943.04 milyon manata çatdırlacaq.
Banker.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Bu isə 2020-ci il üzrə xərcdən 45.36 mln. manat çox olması deməkdir.
Cəmi xərclərin 496.28 mln. manatı tədbirlərə, 30 mln. manatı baytrarlıq və 405.8 mln. manatı isə mellorasiya üzrə xərclərdir.
Qeyd edək ki, bu il üçün kənd təsərrüfatı üzrə xərc cəmi 897.68 milyon manat idi.