2022-ci ilin ilk üç rübündə Azərbaycan Maliyyə Nazirliyinin xətti ilə 929.23 milyon manat dövlət istiqrazı buraxılıb.
Bu barədə Banker.az Bakı Fond Birjasına istinad edir.
Dövlət istiqrazlarının həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə cari ildə 30% azalıb.
Ötən ilin analoji dövründə 1 milyard 326.49 milyon manatlıq ilkin istiqraz buraxılmışdı.
Təkrar emissiya edilən dövlət istiqrazlarının həcmi 470.04 mln. manat, repo isə 2 milyard 258.8 milyon manat olub.