İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60.0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ümumi daxili məsulun real ifadədə 1.9 faiz artaraq 119.6 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4.0 faiz artaraq 77.6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.
2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0.3 faiz azalacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84.2 milyard manat, 2027-ci ildə isə 106.8 milyard manata qədər artacağı və real artım tempinin 4.6-5.0 faiz intervalında olacağı gözlənilir.
Neft-qaz sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisinin tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-n eft/qaz sektoruna transformasiya olunması ilə 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78.7 faizə qədər artacağı proqnozlaşdırılır (qrafik 5). ÜDM-in real artımı Neft-qaz sektoru Qeyri-neft/qaz sektoru 10 İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9.5 faiz, 2024-cü ildə isə 5.3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4.2 faizə qədər enəcəyi gözlənilir (Qrafik 6)