Azərbaycanın dövlət büdcəsinə 2022-ci ildə gömrük rüsumlarından daxil olmaların həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin gələn ilin dövlət büdcəsi lyaihəsində deyilir.
Məlumata görə, 2022-ci ildə 1 milyard 150 milyon manat gömrük rüsumlarından daxilolmalar olması ehtimal edilir.
Bu da 2021-ci ilin qanun layihəsindəki proqnozundan 21% yüksək olması deməkdir. 2021-ci ildə 950 milyon manat gömrük rüsumlarından gəlir büdcəyə daxil olma proqnozlaşdırılır.
Əlavə olaraq, ölkə ərazinə xaricdən idxal edilən mallara ƏDV-dən 2 milyard 910 mlyon (2021: 2 milyard 740 milyon) yol vergisindən 116.5 milyon manat (114 mln. manat), aksizlərdən 1 milyard 266.85 milyon manat (1 mlrd 059 mln) olmuşdur.